Levandovski qədər məşhur olan Levandovska FOTOLAR

“Bavariya”nın polşalı forvardı Robert Levandovskinin həyat yoldaşı Anna Levandovskanın “instagram” hesabında yarım milyon izləyicisi var. Annanın bu qədər izləyiciyə sahib olması, təkcə həyat yoldaşının məşhurluğuyla deyil, həm də özünün karate idman növü ilə məşğul olmasıyla bağlıdır.

Peşəkar karateçi olan Anna, müxtəlif vaxtlarda 3 dəfə dünya çempionatında, 2 dəfə Avropa çempionatında və 29 dəfə də Polşada karate üzrə keçirilən yarışlarda medallar qazanıb.

2013-cü ildə Robert Levandovski ilə ailə həyatı quran Anna, hazırda karate müəlliməsi kimi çalışır.

Komanda.az sizə Anna Levandovskanın fotolarını təqdim edir: