Karate1 Premyer Liqa turniri başladı

Portuqaliyanın Matosinhos şəhərində Karate1 Premyer Liqa turniri başlanıb. 

Karate federasiyasından Komanda.az-a verilən məlumata görə Tural Ağalarzadə (-67 kq) və Fərid Ağayev (-75 kq) yarışın müdalları uğrunda döyüşəcək. Ağayev finala yüksəlib, Ağalarzadə isə bürünc medal görüşünə çıxacaq. Mükafatlar uğrunda həlledici görüşlər 24 Apreldə keçiriləcək. 

Yarışın ikinci günü daha 6 idmançımız mübarizəyə qatılacaq. Matosinhosda Karate1 Premyer Liqa turnirində 58 ölkədən 351 idmançı iştirak edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button