Karantini pozan futbolçuya 100 minlik cərimə

İngiltərənin “Everton” klubunun hücumçusu Moyze Kinin koronavirus pandemiyasına görə tətbiq olunan karantin qaydalarını pozaraq evində əyləncə partisi təşkil etdiyini xəbər vermişdik.

Komanda.az xəbər verir ki, 20 yaşlı futbolçunu buna görə cəza gözləyir.

Belə ki, Premyer Liqa təmsilçisinin rəhbərliyi gənc forvardı iki həftəlik məvacibi (100 min funt-sterlinq) məbləğində cərimə edib.

Qeyd edək ki, Kin qızlarla birgə rəqs etdiyi görüntülərin yer aldığı videonu sosial şəbəkə hesabında yaymış, lakin tez onu silmişdi.

“Everton”da bu mövsüm 26 oyuna çıxan italiyalı hücumçu cəmi 1 qolla yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button