Kapitanın vidalaşacağı vaxt bilindi

“Atletiko”nun futbolçusu Dieqo Qodin yayda klubu tərk edəcək.

Komanda.az xəbər verir ki, Madrid təmsilçisinin kapitanı İtaliyanın “İnter” klubu ilə razılığa gəlib. Bu barədə “Marca” nəşri məlumat yayıb.

Qodin “İnter”lə 2 illik müqavilə imzalayacaq. Uruqvaylı müdafiəçi La Liqanın 37-ci turunun “Sevilya” ilə ev oyunundan sonra ayrılığını rəsmən açıqlayacaq.

“Atletiko” – “Sevilya” matçı mayın 12-də keçiriləcək.