Kapitandan rekord

Uruqvay millisi yoxlama görüşündə Tailandı 4:0 hesabıyla məğlub edib.

Komanda.az xəbər verir ki, sözügedən qarşılaşma Uruqvay yığmasının kapitanı Dieqo Qodin üçün əlamətdar olub. Bu barədə Uruqvay millisinin mətbuat xidməti məlumat yayıb.

Qodin, Tailandla qarşılaşmada da forma geyinərək, millidə 126-cı oyununu keçirib. 33 yaşlı müdafiəçi bununla da, Uruqvay yığmasında ən çox oyun keçirən futbolçu olub.

Qodin 2005-ci ildə millidə debüt edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button