Kamran Quliyevin “Neftçi”ni rüsvay etməsi FOTOFAKT

İyulun 11-də özünü Azərbaycanın ən qədim, ən böyük azarkeş ordusuna sahib, ən peşəkar klubu sayan “Neftçi” Avropa Liqasında ilk oyununu keçirəcək. Vaxtı ilə Avropa Liqasında ilk dəfə qrup mərhələsinə vəsiqə qazanan Azərbaycan klubu olan “neftçilər”in Moldova “Speranta”sını yolundan təmizləyəcəyi, bu dəfə də Avropada xeyli məsafə qət edəcəyi gözlənilir.

“Neftçi”nin ölkənin ən qədim, ən peşəkar, ən böyük azarkeş ordusuna sahib klubu olmasına şübhəniz vardır, yoxdur, bilmirəm. “Əmma”… Özünü ölkənin ən qədim, ən peşəkar, ən böyük azarkeş ordusuna malik komandası sayan klubun rəhbərliyinə biri izah etsin ki, üç gündən sonra Avropa Liqasında oyuna çıxacaqlar. Avropa Liqasında oyuna çıxacaq klubun rəsmi saytı bir neçə gündür işləmir! Təsəvvür edirsiz, “Speranta”nın prezidenti, məşqçisi, futbolçuları, ya da azarkeşləri maraq xatirinə girib “Neftçi”nin saytına baxmaq istəyirlər və qarşılarında aşağıda sizə təqdim etdiyimiz mənzərə canlanır.

Kamran Quliyev, “Neftçi”ni, Azərbaycanı, Azərbaycan futbolunu niyə biabır edirsən? Sənə və ətrafına yığdıqlarına xalqın komandasını biabır etmək haqqını kim verib? Niyə hansısa bir moldovalı rəsmi sayta girmək istəyəndə, ortada sayt deyilən bir şey olmadığını görüb, “Neftçi” haqda “səviyyəsiz klubdur” düşüncəsinə qapılmalıdır? Axı “Neftçi”nin adı, səviyyəsi, tarixi var. Səviyyəsiz olan bu klubu ya bilməyərəkdən, ya da bilərəkdən rüsvay edənlərdir. Eynən sənin kimi klub prezidentləri, klub idarəçiləri!

Kürşad