Kamran Quliyevdən yeni baş məşqçinin maaşı ilə bağlı açıqlama

“Neftçi”nin yeni baş məşqçisi Laurentsiu Regekampfın mətbuat konfransı keçirilib.

Komanda.az xəbər verir ki, konfransda iştirak edən “ağ-qaralar”ın prezidenti Kamran Quliyev rumıniyalı məşqçisinin maaşı haqda danışıb:

“Bizdə sistem tam fərqlidir. Rumıniya mətbuatının yazdığı həqiqət deyil. Regekampfın maaşı yazılandan aşağıdır. Regekampf yaxşı komanda quran məşqçidir. Ona uyğun da futbolçular gələcək. İddialı heyətimiz olacaq”.

Rumıniya mətbuatının yazdığına görə, Regekampf “Neftçi”də bir mövsümdə 480 000 avro qazanacaq.

Bizi Telegramda izləyin