Kamran Quliyev: “Regekampfla uzunmüddətli danışıqlarımız olub”

“Neftçi”nin prezidenti Kamran Quliyev komandanın yeni baş məşqçisi ilə bağlı təşkil olunmuş mətbuat konfransında iştirak edib.

Komanda.az xəbər verir ki, klub rəhbəri, rumıniyalı mütəxəssis Laurentsiu Regekampfın baş məşqçi təyin olunması ilə bağlı bunları deyib:

“Baş məşqçimizə xoş gəlmisiz deyirik. Bizə qələbələr gətirməsini diləyirik.

İki illik müqavilə bağlandı. Regekampf işlədiyi klublarda uğur qazanıb, böyük komandalara qarşı yaxşı mübarizə aparıb, avrokuboklarda qrupla yanaşı, 1/16 və 1/8 finallarda da uğurlu nəticə göstərib.

Özü ilə uzunmüddətli danışıqlarımız olub. Çox iddialı və istəklidir. Başqa namizədlər də var idi. Sonda bütün komponentlərə uyğun olaraq qərar verildi. Bəzi anlarda texniki və maliyyə baxımından bizi razı salmayan məqamlar ortaya çıxdı. Məncə, istədiyimizə nail olduq. İnanmaq istəyirik ki, ən yaxşı seçimi etdik”.

Bizi Telegramda izləyin