Kamran Quliyev oynadı, komandası yenə uduzdu

Futbol üzrə Litva 1-ci liqasında 19-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Kamran Quliyevin formasını geyindiyi “Jonava” da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Dyuqas”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

Kamran da bu matçın iştirakçısı olub. O, 45-ci dəqiqədə meydana buraxılıb. Cari mövsümdə 6 qol vurmuş gənclərdən ibarət millimizin üzvü bu dəfə fərqlənə bilməyib.

“Jonava” hazırda 30 xalla 16 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.