“Kamp Nou”nun adı dəyişdiriləcək?

“Barselona”nın ev oyunlarını keçirdiyi “Kamp Nou” stadionunun adı dəyişdirilə bilər.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, bu barədə klubun prezidentliyinə namizəd olan Emili Russo təklif irəli sürüb. O, prezident seçiləcəyi halda, stadionun adının komandanın hücumçusu Lionel Messinin şərəfinə adlandırılacağını bildirib:

“Stadionun “Kamp Nou – Lionel Messi” adlandırılması üçün referendum keçirəcəyik. Bundan başqa, dünyanın ən yaxşı iki futbolçusunu transfer edəcəyik. Onlardan biri Neymardır”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button