Kamerun yığmasının üzvü Super Liqa klubunda

Türkiyənin “Ərzurumspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi kamerunlu müdafiəçisi Adolf Teykunu transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Amma 30 yaşlı futbolçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Kamerun yığmasının da üzvü olan Teyku son mövsümü Fransanın “Soşo” klubunda keçirib. O, daha öncə Ukraynanın “Metallurq” (Zaporojye), Rusiyanın “Krasnodar”, “Terek”, Ukraynanın “Çernomorets” (Odessa), Səudiyyə Ərəbistanının “Ohod” klubunda da legioner həyatı yaşayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button