Salaha “Barselona”ya get” məsləhəti

Kamerun millisinin və “Barselona”nın keçmiş üzvü Samuel Eto, “Liverpul”un misirli oyunçusu Məhəmməd Salah haqda fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Eto, Salaha “Barselona”ya getməyi məsləhət görüb:

“Barselona” Salah üçün uyğun komandadır. Dünyanın ən yaxşı liqası olan İspaniya La Liqasına getmək şansı olsa, seçimi “Barselona” olmalıdır. Salah dünyanın ən yaxşı futbolçusu olmaq üçün hər şeyə sahibdir”.

Samuel Eto 2004-2009-cu illər aralığında “Barselona”da forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button