Kadi Borges: “Əsas hədəfimiz Çempionlar Liqasının qrup mərhələsidir”

“Qarabağ”ın futbolçusu Kadi Borges açıqlama verib.

Komanda.az xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran braziliyalı futbolçu, qarşıdakı avrokubok mövsümdə əsas məqsədlərinin Çempionlar Liqasının qrup mərhələsi olduğunu bildirib:

“Təbii ki, “Qarabağ” olaraq ən böyük məqsədlərdən yayına bilmərik. Əsas hədəfimiz Çempionlar Liqasının qrup mərhələsidir. Bu məqsəd uğrunda da mübarizə aparacağıq”.

“Qarabağ” başa çatan mövsümdə Azərbaycan Premyer Liqasının qalibi olub.

Bizi Telegramda izləyin