“Sabah”dan darmadağın

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 4-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Öncə “Qarabağ” və “Neftçi”nin əvəzedici komandaları üz-üzə gəlib. Bu oyunda qapılara qol vurulmayıb.

“Kəpəz” isə bu mövsüm Gəncədə ilk ev oyununa çıxıb. Sözügedən kollektiv “Zaqatala” ilə matçdan inamlı qələbə ilə ayrılıb.

Bu gün turun daha iki oyunu keçirilib. Hər iki görüş heç-heçə ilə başa çatıb.

Turun son matçı – MOİK – “Sabah-2” qarşılaşması bu gün keçirilib. Beş qolun qeydə alındığı matç qonaqların qələbəsiylə yekunlaşıb.

1-ci divizion, 4-cü tur

28 oktyabr

Qarabağ-2 – Neftçi-2 0:0
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Vüsal Məmmədov, İnqilab Məmmədov.
Bakı Olimpiya Stadionu (ehtiyat meydança), 14:00.

Kəpəz – Zaqatala 4:2
Qol
: Nicat Məmmədov, 10. Tural Qürbətov, 23; 72. Orxan Abdullayev, 65 – Kənan Müslümov, 69-pen. Roini İsmayılov, 90+4.
Hakimlər: Rəşad Əhmədov, Səbuhi Əmrahov, Kərim Zeynalov, Namiq Bəkirov.
Gəncə şəhər stadionu, 15:00.

29 oktyabr

Keşlə-2 – Turan Tovuz 0:0
Hakimlər: Kamranbəy Rəhimov, Elman Kərimov, Tərlan Talıbzadə, İnqilab Məmmədov.
“ASK Arena”, 14:00.

Sumqayıt-2 – Qaradağ Lökbatan 1:1
Qol:
Nurlan Quliyev, 36-penalti – Elşən Veysov, 62.
Qırmızı vərəqə: Elşən Veysov – ikinci sarı vərəqə (“Qaradağ Lökbatan)
Hakimlər: Rövşən Rəcəbov, Elmin Süleymanov, Hidayət Feyzullayev, Səbuhi Bayramov.
Sumqayıt şəhər stadionu (ehtiyat meydança), 14:00.

30 oktyabr

MOİK – Sabah-2 1:4
Qol:
Emin Mehdiyev, 90+3 – Kamran Quliyev, 3; 44. Fərid Kərimzadə, 23-pen. Cavid Nəcizadə, 55.
Hakimlər: Rauf Allahverdiyev, Namiq Hüseynov, Teymur Teymurov, Tural Qurbanov.
“ASCO Arena”, 14:00.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button