“Kəpəz”dən növbəti heç-heçə

Birinci Divizionda qarşıdakı mövsümə hazırlığını davam etdirən “Kəpəz” növbəti yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, “sarı-göylər”in rəqibi aşağı dəstənin digər təmsilçisi Zaqatalanın eyniadlı komandası olub.

Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Matçda hesabı ilk hissədə qonaqlar açıb. Meydan sahiblərinin bərabərlik qolu isə fasilədən sonra reallaşıb. Oyunun sonlarına az qalmış Nicat Məmmədov fərqlənməklə yekun nəticəni təyin edib.

“Zaqatala” ilə qarşılaşma “Kəpəz”in mövsüm öncəsi ikinci yoxlama oyunu olub. Bundan əvvəl Nizami yurdunun təmsilçisi doğma meydanda “Turan Tovuz” ilə 3:3 hesablı bərabərliyə imza atıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button