“Kəpəz” məşqləri bərpa etdi

1-ci divizionda yeni mövsümün hazırlıqlarını davam etdirən “Kəpəz” iki günlük istirahətdən sonra məşqləri bərpa edib.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Komanda Gəncə şəhər stadionunun süni örtüklü meydançasında hazırlaşır.

“Sarı-göylər” səhər və axşam olmaqla gündə iki dəfə məşq keçir. Toplanış dövründə Gəncə klubu yoxlama oyunu da keçirməyi planlaşdırır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button