Kənan Əliquliyev AÇ-də 3-cü oldu

Gürcüstanın Batumi şəhərində kişilər və qadınlar arasında ağır atletika üzrə Avropa çempionatı davam edir.

Komanda.az xəbər verir ki, 42 ölkədən 401 atletin (187 qadın və 214 kişi) iştirak edəcəyi yarışda Azərbaycan yığma komandasının üzvləri də mübarizəyə qoşulub.

Artıq Kənan Əliquliyev də körpücük üzərinə çıxıb. O, 81 kq çəki dərəcəsinin C qrupunda yarışıb. Atletimiz toplam 306 kq nəticə ilə (135+171) öz qrupunda 3-cü yeri tutub. Onun yekun sıralamada tutduğu yer B və A qruplarında mübarizə bitəndən sonra məlum olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button