“Turan Tovuz”la “Ağsu” mövsümə qələbə ilə başladı

Futbol üzrə Azərbaycan birinci divizionunda yeni mövsümə start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 1-ci turun 3 qarşılaşması keçirilib.

“Qaradağ Lökbatan” doğma meydanda “Sumqayıt-2” ilə oyundan məğlub ayrılıb. “Neftçi-2” – “Keşlə-2” və “Kəpəz” – MOİK oyunlarında isə heç-heçə qeydə alınıb.

İlk tura bu gün baş tutan 3 oyunla yekun vurulub. “Sabah”ın əvəzediciləri səfərdə “Zaqatala”ya minimal hesabla qalib gəlib.
Yeddi qolun qeydə alındığı “Zirə-2” – “Ağsu” matçında da qonaqlar sevinən tərəf olub. “Turan Tovuz” isə “Səbail”in əvəzediciləri ilə dueldən qalib ayrılıb.

Birinci divizion, 1-ci tur

22 avqust

Qaradağ Lökbatan – Sumqayıt-2 0:2
Qol
: Baxşəli Baxşəliyev, 76. Elnur Cəfərov, 87.
Hakimlər: Rəşad Əhmədov, Vüqar Bayramov, Kamran Bayramov, Fərid Hacıyev.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu. 16:30

Neftçi-2 – Keşlə-2 1:1
Qol
: Elnur Süleymanov, 77 – Elmir Rəhimzadə, 72-pen.
Hakimlər: Nicat İsmayıllı, Yaşar Abbasov, Kərim Zeynalov, Cahangir Yusifzadə.
Bakı. “ASK Arena”. 16:30

Kəpəz – MOİK 2:2
Qol
: Novruz Məmmədov, 15; 72 – Orxan Həsənov, 5. Tural Qürbətov, 70.
Hakimlər: Rauf Allahverdiyev, Zöhrab Abbasov, Səbuhi Əmrahov, Namiq Bəkirov.
Gəncə şəhər stadionu. 16:30

23 avqust

Zaqatala – Sabah-2 0:1
Qol
: Reza Biqdelo, 70.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Kamranbəy Rəhimov
Zaqatala şəhər stadionu. 16:30

Zirə-2 – Ağsu 3:4
Qol
: Seyxan Fərəcov, 21; Tacir Əlizadə, 61; Tapdıq Əhmədov, 66 – Qalib Əmrahov, 10; Ceyhun Rəcəbli, 11; Ramil Əliyev, 55; Malik Babayev, 90.
Hakimlər: Rövşən Rəcəbov, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov.
“AZAL Arena”. 16:30.

Səbail-2 – Turan Tovuz 1:2
Qol
: Bahadur Həziyev, 69 – Murad Hüseynov, 44; Elvin İsmayılov, 73.
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Rəhman İmami, Etibar Həsənov.
“ASCO Arena”. 16:30.