“Kəpəz”dən növbəti transfer

Qarşıdakı mövsümdən Premyer Liqada çıxış edəcək “Kəpəz” yeni transfer həyata keçirib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Gəncə təmsilçisi ötən mövsümə kimi “Neftçi”də oynamış Kamran İbrahimovu heyətinə qatıb. Qapıçı ilə 1 illik müqavilə imzalanıb.

“Kəpəz” daha əvvəl Tural Axundov və Elvin Yunuszadəni də heyətinə qatıb.

Bizi Telegramda izləyin