“Kəpəz”dən daha bir transfer

Növbəti mövsümdən Premyer Liqada çıxış edəcək “Kəpəz” daha bir futbolçu ilə müqavilə bağlayıb.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Gəncə təmsilçisi icarə əsasında Samir Məhərrəmlini heyətinə cəlb edib. 20 yaşlı yarımmüdafiəçi ilə bir illik müqavilə imzalanıb.

“Sabah”a məxsus olan futbolçu U-21 millisinin də şərəfini qoruyub.

 “Kəpəz” daha əvvəl Tural Axundov, Elvin Yunuszadə, Kamran İbrahimovu sıralarına cəlb edib.