“Kəpəz” yoxlama oyunları üçün rəqiblərini açıqladı

Yeni mövsümdə Premyer Liqada mübarizə aparacaq “Kəpəz” yay təlim-məşq toplanışı dövründə yoxlama oyunları keçirəcək.

Komanda.az xəbər verir ki, Gəncə klubunun rəqiblərindən ikisi artıq məlumdur.

Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, bu komanda iyunun 10-da “Səbail”, ayın 14-də isə “Sumqayıt”la qarşılaşacaq.

Paytaxt təmsilçisi ilə görüş Bakı Olimpiya Stadionunda olacaq. “Sumqayıt” ilə oyun isə rəqib meydanında keçiriləcək.