“Kəpəz” yoxlama matçında qələbə qazandı

“Kəpəz” növbəti yoxlama matçını keçirib.

Komanda.az xəbər verir ki, sözügedən komanda Bakıda “Səbail”in əvəzediciləri ilə qarşılaşıb.

Görüş gəncəlilərin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Qələbə qolunu ikinci hissədə Bəhruz Teymurov vurub.