“Kəpəz” – “Sabah” matçında 4 qol

“Kəpəz” klubu yeni mövsümə hazırlıq çərçivəsində ikinci yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, Gəncə təmsilçisi “Sabah-2” ilə qarşılaşıb. Oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb. “Kəpəz”in qollarını Elvin Nəsibov və Əli Səmədov vurub. “Sarı-göylər” bir penalti zərbəsindən isə yararlana bilməyiblər.

“Kəpəz” ilk yoxlama oyununda “Zirə-2”-yə 0:2 hesabıyla məğlub olub.