“Kəpəz”də 6 yeni futbolçu – rəsmi

Birinci divizionda mübarizə aparan “Kəpəz” heyətini yeni futbolçularla gücləndirib.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi “facebook” səhifəsi məlumat yayıb. “Kəpəz” 6 oyunçu ilə güclənib.

“Sarı-göylər” qapıçı Elməddin Sultanov, yarımmüdafiəçilər Nicat Məmmədov, Ruslan Süleymanov, Orxan Abdullayev, Nicat Verdiyev və hücumçu Tural Qürbətovu “rənglərinə bağlayıb”. Bu futbolçularla mövsümün sonuna kimi razılıq əldə olunub.