“Kəpəz” Gəncədə məşqləri davam etdirir

Əsas milli və 21 yaşadək yığma komandanın beynəlxalq oyunları səbəbindən çempionatlarda iki həftəlik fasilə yaranıb.

Komanda.az xəbər verir ki, ilk turun oyunlarından sonra 5 gün istirahət edən “Kəpəz”in üzvləri oktyabrın 7-dən məşqləri bərpa ediblər.

Komanda Gəncə şəhər stadionunun süni örtüklü meydançasında qarşıdakı oyunlar üçün hazırlığı davam etdirir. Futbolçular məşqçilər korpusunun gündəlik təlimatlarına uyğun olaraq əzmlə çalışırlar. Cəbhədə Azərbaycan Ordusuna gücü çatmayan düşmənin dinc əhalinin yaşadığı Gəncəni artilleriya atəşinə tutması da komandanın hazırlıq prosesinə təsir etməyib. Əksinə, döyüşçülərimizin ardıcıl uğurları “Kəpəz”in düşərgəsində yüksək əhval-ruhiyyənin hökm sürməsinə şərait yaradıb.