“Kəpəz” Bakıya köçdü

“Kəpəz” təlim-məşq toplanışının Gəncə mərhələsini başa vurub.

Komanda.az xəbər verir ki, yanvarın əvvəlindən şəhər stadionunun yardımçı meydançasında çempionatın ikinci dövrəsinə hazırlaşan komanda növbəti məşqlərini Bakıda keçirəcək.

“Sarı-göylər” sabahdan paytaxtda çalışmalara başlayacaq. “Kəpəz” səfərdə olduğu müddətdə yoxlama oyunlarına da çıxacaq.