“Messi bu mövsüm bizimlə olacaq” – Kuman

İspaniyanın “Barselona” klubunun baş məşqçisi Ronald Kuman komandanın hücumçusu Lionel Messinin gələcəyi ilə bağlı müzakirələr haqda fikirlərini bildirib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, niderlandlı mütəxəssis, Messinin Kataloniya klubundakı gələcəyinin müəyyənləşmədiyini bildirib:

“Messinin vəziyyətini hamımız bilirik. Onun gələcəyi ilə bağlı qərar verməli olan bir nəfər varsa, o da Messinin özüdür. Kənardan deyilən fikirlər məni maraqlandırmır. Bizim klubun daxilində bildirilən fikirlərə ehtiyacımız var. Messi bu mövsüm bizimlə olacaq. Ümid edirəm ki, burda olmağa davam edər. Mənim vəzifəm isə komandanı hər oyuna hazırlamaq və qalib gəlməkdir”.