Jurnalist Elnur Əşrəfoğlu koronavirusdan vəfat edib

Koronavirusa yoluxan tanınmış jurnalist, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlu vəfat edib.

Komanda.az xəbər verir ki, Əşrəfoğlu koronavirsdan vəfat edib.

Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxmuşdu. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra xəstəxanaya köçürülmüşdü.

Əşrəfoğlunun anası Zöhrə Hüseynova Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edərək oğlunun müalicəsi ilə bağlı müvafiq köməyin göstərilməsini xahiş etmişdi. Bundan sonra fond Əşrəfoğlunun müalicəsini nəzarətə götürmüşdü.