“Jirunu istəyirdik, amma…” – “İnter” rəsmisi

İtaliyanın “İnter” klubunun idman direktoru Beppe Marotta Olivye Jiru ilə bağlı açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Çelsi”nin futbolçusunun transferi ilə bağlı danışan klub rəsmisi, keçidin alınmamasının səbəbini açıqlayıb:

“Qış fasiləsində hədəflədiyimiz futbolçuları transfer etdik. Əsas məqsədimiz komanda daxilində keyfiyyəti yüksəltmək idi. Heyətə cəlb etdiyimiz futbolçular da səviyyəni yüksəltdiyimizi göstərir. Jiru ilə bağlı transfer istəyimizin olduğu doğrudur. Jirunu istəyirdik, amma “Çelsi”nin bizimlə danışıqlar aparmağa hazır olduğunu görmədik”.

“Çelsi” ilə müqaviləsi cari mövsümün sonunda bitəcək futbolçunun “İnter”ə transfer olunacağı deyilirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button