Jiru 2-ci oldu

“Çelsi” Avropa Liqasının 1/8 finalının cavab oyununda Kiyev “Dinamo”sunu 5:0 (ilk oyun 3:0) hesabıyla məğlub edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən qarşılaşmada het-trik edən “zadəganlar”ın forvardı Olivye Jiru, avrokubokların tarixinə düşüb. Belə ki, 32 yaşlı forvard, avrokuboklar tarixində 2-ci dəfə het-trik edib. O, bundan əvvəl 2015-ci ildə “Arsenal”ın “Olimpiakos”u 3:0 hesabıyla məğlub etdiyi oyunda het-trik edib. Jiru bununla da, avrokuboklarda iki fərqli ingilis klubuyla 3 qol vuran 2-ci futbolçu olub.

Jirudan əvvəl “Liverpul”un sabiq futbolçusu Con Uork bunu bacarıb. Şotlandiyalı hücumçu “Liverpul” və “İpsviç” klubunun heyətində avrokuboklarda het-trik edib.