“Arsenal” üçün tibbi müayinədən keçəcək – bu gün

“Mançester Siti”nin hücumçusu Qabriel Jesus “Arsenal”a keçidini tamamlamaq üçün bu gün tibbi müayinədən keçəcək.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı braziliyalı artıq Londondadır. “Arsenal” yaxın vaxtlarda futbolçu ilə bağlı rəsmi açıqlama verəcək.

“Topçular” braziliyalı hücumçu üçün 45 milyon funt-sterlinq ödəyəcək və 2027-ci il iyunun sonuna qədər nəzərdə tutulan müqavilə bağlayacaq.

Jesus 2021/22 mövsümündə “Mançester Siti”nin heyətində 41 matçda 13 qol vurub və 12 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button