“Arsenal” tezliklə Qabriel Jesusu yeni transferi kimi təqdim edəcək.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Jesus, artıq tibbi müayinədən uğurla keçib. “Topçular” hücumçu üçün 45 milyon funt-sterlinq ödəyəcək və 25 yaşlı futbolçunun müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.
İlkin məlumata görə, onun maaşı həftəlik 200 min funt-sterlinq olacaq.
Jesus 2021/22 mövsümündə “Mançester Siti”nin heyətində 41 matçda 13 qol vurub və 12 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin