İtkin düşən futbolçunun son mesajı: Çox qorxuram

İngiltərənin “Kardiff Siti” klubunun yeni transferi Emiliano Salanın da içində olduğu təyyarənin yoxa çıxdığını xəbər vermişdik.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 29 yaşlı futbolçunun “vhatsapp” vasitəsilə dostlarına göndərdiyi son mesaj ortaya çıxıb. Argentinalı hücumçu, səsli mesajda təyyarənin yaxşı vəziyyətdə olmadığını bildirib:

“Salam, dostlar, necəsiz? Mən çox yorğunam. Bu gün işlərimi həll etmək üçün Nanta gəldim. Kardiffə getmək üçün təyyarəyə minmişəm, təyyarə sanki dağılacaq. Məni axtarmaq üçün kimisə yollayacaqlarmı, bilmirəm, amma saat yarım içərisində məndən xəbər ala bilməsəz, məni çətin tapasız. Çünki bu vəziyyətdə məni tapmaq çox çətin olar (gülür). Çox qorxuram (gülür)”.

Futbolçunun dostları və atası mesajın ona aid olduğunu təsdiqləyiblər.

Yerli polisdən verilən açıqlamada isə axtarışların nəticə vermədiyi bildirilir:“15 saatlıq axtarışdan sonra suda bəzi əşyalar tapdıq. Bunlardan hansınınsa təyyarəyə aid olub-olmadığını təyin edə bilmirik. Sərnişinlərə aid heç bir iz tapa bilməmişik. Təyyarə suya düşübsə, bu vəziyyətdə həyatda qalmaq şansları azdır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button