“İtirdiyimiz hər top 50 faiz qol demək idi” – Klopp

İngiltərə Premyer Liqasının 24-cü turu çərçivəsində “Vulverhempton”a 2:1 hesabı ilə qalib gələn “Liverpul”un baş məşqçisi Yurgen Klopp açıqlama verib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, alman mütəxəssis, çətin oyundan məmnun qaldığını bildirib:

“Əvvəldən oyunun çətin keçəcəyini bilirdik. “Vulverhempton” inanılmaz dərəcədə yaxşı çıxış edir. İtirdiyimiz hər top 50 faiz qol demək idi, sadəcə rəqibin bunun üçün çox şansı olmadı. Qapıçıyla təkbətək qaldığımız bir neçə epizod oldu, amma qol vura bilmədik. Oyundan çox məmnunam. İnanılmaz olan oyunda qalib gəldik. Cordan Henderson bu gün inanılmaz çıxış etdi. Takumi Minamino isə bizimlə bir neçə həftədir məşq edir. Onu müxtəlif mövqelərdə sınadıq. Bugünkü mövqeyi onun üçün çətin idi. Ona ehtiyacımız var. Bu, onun Premyer Liqada ilk oyunu idi, komandaya tam uyğunlaşıb.

Hər il təzyiq olur, bu barədə düşünmək istəmirəm. Bəli, təzyiqi hiss edirəm, ancaq bu, futboldur. Əsas məqsədimiz hər oyunda qalib gəlməkdir. Yeddi günə üç oyun keçiririk, bu, böyük bir şeydir”.

Premyer Liqada 24 turdan sonra bir oyun az keçirən “Liverpul” 67 xal toplayıb və turnir cədvəlinin lideridir.