İtalyanlar VAR-a yenilik gətirir!

İtaliya Futbol Federasiyası videotəkrar sisteminə (VAR) yenilik gətirmək niyyətindədir.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, federasiya VAR sistemində tərəflərə etiraz haqqının verilməsi üçün FİFA-ya müraciət edib. Belə ki, komandalar hakimin VAR-a müraciət etmədiyi epizodlarda etiraz edərək, həmin epizoda baxılmasını tələb edə biləcək. Federasiya bu yenilik sayəsində etirazların və mübahisələrin azalacağını düşünür. A Seriyası komandalarının bu yeniliyi dəstəklədiyi və federasiyanın sınaqların çempionatda həyata keçirilməsi üçün hazır olduğu bildirilir.

Amerika basketbol liqasında bu mövsümdən etibarən hər məşqçiyə bir dəfə etiraz etmək haqqı verilib.