Ronaldo ilə Messi arasında “instagram” yarışı

İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştiano Ronaldonun “instagram”da reklam gəlirlərindən qazancı məlum olub.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 34 yaşlı hücumçu son bir ildə 34 sponsorlu paylaşım edərək, hər bir paylaşım üçün 780 min funt-sterlinq gəlir əldə edib.

“Barselona”nın futbolçusu Lionel Messi isə 36 sponsorlu paylaşım edərək, hər paylaşıma 518 min funt-sterlinq qazanıb.

Ümumilikdə, Ronaldo 38,2 milyon, Messi isə 18,7 milyon funt-sterlinq gəlir əldə edib.