“Yuventus”a keçidim bir xəyalın gerçəkləşməsi idi”

İtaliyanın “Yuventus” klubunun futbolçusu Federiko Kyeza açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Kyeza, Turin klubunda çıxış etməyin reallaşan bir xəyal olduğunu deyib:

“23 yaşım var və Yuventus”da oynayacağımı düşünməzdim. Gənc futbolçuyam və daha da inkişaf etməliyəm. “Yuventus”a keçidim bir xəyalın gerçəkləşməsi idi”.

Bu mövsüm “Yuventus”la üç oyuna çıxan Kyeza, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.