Azı 40 milyon avro istəyirlər – “Yuventus”un hədəfindəki futbolçu ücün

İtaliyanın “Yuventus” klubu yayda heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi “Sassuolo”dan Manuel Lokatellini transfer etmək niyyətindədir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. “Sassuolo” 23 yaşlı yarımmüdafiəçi üçün azı 40 milyon avro tələb edir.

Lokatelli ilə “Yuventus”la yanaşı, İngiltərədən “Mançester Siti”, İspaniyadan “Atletiko” maraqlanır. İtaliya yığmasına da dəvət alan yarımmüdafiəçi 2019-cu ildə 12,5 milyon avro qarşılığında “Milan”dan “Sassuolo”ya keçmişdi.

Yarımmüdafiəçi bu mövsüm A Seriyasında 22 oyunda 2 qol vurub.