“Yuventus”da hədəf bilindi: ya Kyeza, ya da…

İtaliyanın “Yuventus” klubu “Valensiya”nın futbolçusu Ferran Torreslə maraqlanır.

Komanda.az xəbər verir ki, bu barədə “Tuttosport” nəşri məlumat yayıb. Xəbərdə, “Yuventus”un “Fiorentina”dan Federiko Kyezanı transfer edə bilməyəcəyi halda, əsas diqqətini Torresə çevirəcəyi bildirilir.

“Valensiya”nın yetirməsi olan Torres, bu mövsüm La Liqada 25 oyunda iştirak edib və 4 qol vurub. 20 yaşlı yarımmüdafiəçiylə “Barselona” da maraqlanır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button