“Yuventus”da Morata ilə bağlı qərar verildi

İtaliyanın “Yuventus” klubu icarə əsasında komandada çıxış edən Alvaro Morata ilə bağlı qərarını verib.

Komanda.az xəbər verir ki, Turin klubu ispan hücumçunun transfer hüquqlarını almaqdan imtina edib. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Moratanın müqavilə ilə məxsus olduğu “Atletiko” klubuna qayıdacağı gözlənilir.

Morata ötən ilin sentyabrında icarə əsasında “Yuventus”a keçib. “Qoca sinyora” 28 yaşlı futbolçunun transfer hüquqlarını almaq üçün 55 milyon avro ödəməlidir.

Morata bu mövsüm 28 oyunda 13 qol vurub, 10 məhsuldar ötürmə edib. Hücumçunun “Yuventus”la müqaviləsi iyula qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button