“Yuventus”da yeni futbolçu – rəsmi

İtaliyanın “Yuventus” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, Turin təmsilçisi “Şalke”dən Ueston Makkennini heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Yuventus” 22 yaşlı yarımmüdafiəçini icarəyə götürüb. Makkenni 2021-ci ilin yayına qədər “Yuventus”un formasını geyinəcək.

Turin təmsilçisi amerikalı futbolçu üçün “Şalke”yə 4,5 milyon avro icarə haqqı ödəyib. “Yuventus” Makkenninin transfer hüquqlarına sahib olmaq istəsə, 18,5 milyon avro ödəməlidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button