“Yuventus” onunla danışığa başlayacaq

İtaliyanın “Yuventus” klubu futbolçusu Paulo Dibalanın müqaviləsinin müddətini artırmaq istəyir.

Komanda.az xəbər verir ki, bu barədə klubun vitse-prezidenti Pavel Nedved açıqlama verib. İtaliya mətbuatına danışan Nedved, yaxın zamanda argentinalı oyunçunun meneceri ilə görüşəcəklərini deyib:

“Yaxın zamanda Dibalanın meneceri ilə görüşəcəyik və müqavilənin uzadılmasını müzakirə edəcəyik. Dibala “Yuventus”un vacib futbolçularındandır və əminəm ki, onunla razılaşacağıq”.

2015-ci ildən “Yuventus”da çıxış edən Dibalanın klubla müqaviləsi 2022-ci ilin yayına qədərdir.