Rəsmi: “Yuventus”u “Torino”ya dəyişdi

İtaliyanın “Yuventus” klubu futbolçusu Marko Pyatsanı icarəyə verib.

Komanda.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi “Torino” klubuna keçib. Bu barədə Turin təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Pyatsa 2022-ci ilin yayına qədər icarə əsasında “Torino”da çıxış edəcək.

2016-cı ildə Zaqreb “Dinamo”sundan 23 milyon avroya “Yuventus”a keçən Pyatsa ötən mövsümü icarə əsasında “Cenoa”da keçirib.

Xorvat yarımmüdafiəçi “qoca sinyora”nın əsas komandası ilə cəmi 21 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button