“Yuventus”da itki – ÇL matçını buraxa bilər

İtaliyanın “Yuventus” klubu ciddi itkiylə üzləşib.

Komanda.az xəbər verir ki, Turin təmsilçisinin futbolçusu Paulo Dibala zədələnib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. A Seriyasının 36-cı turunun “Sampdoriya” ilə matçında (2:0) zədələnən Dibalanın ən tezi 10 gündən sonra komanda ilə məşqlərə qoşulacağı bildirilir.

Argentinalı yarımmüdafiəçinin Çempionlar Liqasının “Lion”la matçında da iştirakı sual altındadır.

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Yuventus” – “Lion” matçı avqustun 7-də oynanılacaq. Komandalar arasında Fransada baş tutan qarşılaşmada “Lion” minimal hesablı qələbə qazanıb – 1:0.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button