İtaliyada klubunu dəyişdi – millinin sabiq üzvü

İtaliyanın “Verona” klubu heyətini yeni hücumçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi “Udineze”dən Kevin Lasanyanı heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı hücumçu 1,5 il icarə əsasında “Verona”da çıxış edəcək.

2017-ci ildən “Udineze”də çıxış edən Lasanya bu mövsüm A Seriyasında 17 oyunda 2 qol vurub. Hücumçu İtaliya yığmasında 7 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button