“Milan”dan “Verona”ya – rəsmi

İtaliyanın “Verona” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi “Milan”dan Fabio Borinini heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı hücumçu “Verona” ilə 6 aylıq müqavilə imzalayıb.

Karyerası ərzində “Çelsi”, “Parma”, “Roma”, “Liverpul”, “Sanderlend” kimi klubların formasını geyinən Borini, 2017-ci ildən “Milan”da idi. Bir dəfə də İtaliya yığmasının formasını geyinən hücumçu, bu mövsüm “qırmızı-qaralar”la 2 oyuna çıxıb.