İsveç millisinin üzvü A Seriyasında

İtaliyanın “Udineze” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi “Uotford”dan Ken Semanı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı yarımmüdafiəçi 2019/20 mövsümünü icarə əsasında “Udineze”də keçirəcək.

2018-ci ilin yayında “Uotford”a keçən Sema, İsveç millisinin də şərəfini qoruyur.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button