İtaliya klubu yeni baş məşqçisini açıqladı

İtaliyanın “Torino” klubunun yeni baş məşqçisi məlum olub.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisinin “sükan”ı Davide Nikolaya tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 48 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Son olaraq “Cenoa”nı çalışdıran Nikola ötən ilin avqustundan işsiz idi. O, “Torino”da baş məşqçi postunda Marko Campaolonu əvəzləyib.

“Torino” A Seriyasında 13 xalla 18-ci sırada qərarlaşıb.