İtaliya klubunda baş məşqçi dəyişikliyi

İtaliyanın “Torino” klubu baş məşqçisi Valter Matsariylə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, 58 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

A Seriyası təmsilçisinin “sükan”ı Moreno Lonqoya tapşırılıb. Lonqo “Torino”nun gənclərdən ibarət komandasının baş məşqçisi idi.

Matsari 2018-ci ilin yayından “Torino”nu çalışdırırdı.

“Torino” hazırda A Seriyasında 12-ci sıradadır.