İtaliyanın “Spetsiya” klubunun bir futbolçusunda koronavirus aşkarlanıb.
Komanda.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə, virusa yoluxan futbolçunun adı açıqlanmayıb və onun karantinə alındığı bildirilib.
Bir neçə gün əvvəl “Spetsiya”da qapıçı İvan Provedeldə də koronavirus aşkarlanmışdı.